04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zənginlərin yeni reytinqi açıqlandı

08.07.2018

Nüfuzlu "Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb. "RİA Novosti”-nin verdiyi xəbərə görə, ABŞ-ın "Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142 milyard dollar təşkil edir.
İkinci yerdə "Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı "Facebook”un yaradıcısı Mark Tsukerberq (81,6 mlrd. dollar) hesab edilib.
Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.
İndeks səhmlərin dəyəri və şirkətlərin hesabatları əsasında müəyyənləşdirilir.