05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəxtiyar Vahabzadə ilə bağlı MÖHTƏŞƏM ADDIM - FOTO

06.07.2018

Türkiyədə yaşayan azərbaycanlı milyarder, "Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətinə məxsus gəmilərdən birinə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin adını verib.

"Dövran Media" xəbər verir ki, iş adamı bu barədə İnstaqram səhifəsində yazıb. O B.Vahabzadənin Azərbaycan xalqı üçün etdiklərini bir daha diqqətə çatdırıb:
"Türk oğlu Bəxtiyar Vahabzadə ötən əsrin 60-cı illərindən başlayan milli-azadlıq hərəkatının öncüllərindən biri olub. Hətta "millətçi” damğasıyla universitetdən qovulan xalq şairimizdir.
O, 1958-ci ildə yazdığı "Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirıb, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsinə qoşulub. O, hər zaman milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətimin dərdlərini dilə gətirib. Bir ziyalı, bir aydın kimi vəzifəsini yerinə yetirib, heç zaman susmayıb. Hətta heç vaxt azərbaycanlı və millətçi olduğunu gizlətməyib.
Millətçi şairimiz tək Azərbaycanın və Türkiyənin deyil, bütün türk dünyasının və dünya türklərinin sevilən şairidir. Azərbaycan Türkiyə şeiri də buna misaldır:

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.

Elə bu səbəbdən də böyük xalq şairimizin adını daşıyan bu nəhəngi yalnız Azərbaycan və Türkiyə sahilləri deyil, dünya sularında da tanısınlar deyə əbədiləşdirdim”.