05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DÇ-2018: Braziliya və Fransa meydana çıxır

06.07.2018

Bu gün Dünya Çempionatında dörddəbir final mərhələsinə start veriləcək.
"Dövran Media" xəbər verir ki, günün ilk matçında saat 18:00-da Fransa və Uruqvay milliləri qarşılaşacaqlar. Matç "Nijni Novqorod” stadionunda keçiriləcək.
Saat 22:00-da isə turnirin iki favoriti - Braziliya və Belçika yığmaları "Kazan Arena”da üz-üzə gələcəklər.
Braziliyada əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğu üçün matçda çıxış edə bilməyəcək. Digər zədəli Duqlas Kostanın Belçikaya qarşı oynayıb-oynamayacağı hələlik bilinmir.