05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo “Real”dan yorulub?

05.07.2018

İspaniyanın "Real” klubunun hücumçusu Kriştianu Ronaldonun meneceri Jorje Mendeş klub prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançeslə görüşüb.

"Dövran Media" xəbər verir ki, onlar klubdakı vəziyyətindən narazı olan portuqaliyalı futbolçunun gələcəyinə dair müzakirələr aparıblar.

Ronaldo Mendeşə artıq yorulduğunu və klubla əlavə danışıqlara getmək istəmədiyini bildirib. 33 yaşlı ulduz 100 milyon avro sərbəst qalma məbləği qarşılığında Madrid klubunu tərk etməyə hazırdır.

Qeyd edək ki, daha öncə İtaliyanın "Yuventus” klubunun Kriştianu Ronaldoya illik 30 milyon avro məvacib təklif etməyə hazır olduğuna dair xəbərlər yayılmışdı. Həmçinin son məlumatlara görə, portuqaliyalı futbolçu artıq Turində ev axtarışlarına başlayıb.