05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanallarda baxılası bir şey yoxdur? - Var, "Adını Sən Söylə" + VİDEO

05.07.2018

"Azərbaycan telekanallarına baxmıram, baxılası bir şey yoxdur" deyənlər, indi başqa bəhanəniz qalmayacaq! Teleməkanda tam fərqli formatda, zövqlərə xitab edən, tamaşaçıları yormadan, usandırmadan düşünməyə, istirahət etməyə, maariflənməyə çağırış edən yeni proqram var artıq - "Adını SƏN söylə".

"Dövran Media"nın təqdim etdiyi və Lider TV-də yayımlanan bu proqram, gənc yazar, şeir ifaçısı, teleaparıcı Səbuhi Zamanın qeyri-adi improvizasiyası, əyləncəli, maarifləndirici ruhu ilə daha maraqlı alınıb. İntellektə önəm verən kütlənin seçimi olacaq "Adını SƏN söylə" cəmiyyəti narahat edən sosial-mədəni mövzular, ekspert, jurnalist və yazıçı düşüncələri, mövzuya uyğun mahnı, şeir və qəzəllərlə müşayət olunacaq.
Necə deyərlər - "Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Məsləhətdir ki, siz də bir dəfə baxasınız!
Qeyd edək ki, "Adını SƏN söylə" adlı ədəbi-musiqili proqramı bazar günləri günorta saat 13:00-da yayımlanır. Proqramın təkrarı həftənin 4-cü günü gecə saatlarında yayımlanacaqdır.