05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamal Abdulladan YENİLİK - FOTO

04.07.2018

İyulun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan "Azərbaycan tərcümə ensiklopediyası” kitabının təqdimat-təhlil mərasimi keçiriləcək.

"Dövran Media" xəbər verir ki, tədbir ADU-nun əsas binasının akt zalında, saat 11:00-da başlayacaq.
Giriş sərbəstdir, maraqlananlar iştirak edə bilər.
Qeyd edək ki, kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulladır.
Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan "Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.