04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Stalinin ölümü" filmi qadağan edildi - FOTOLAR

24.01.2018

RİA Novosti agentliyinin verdiyi xəbərə görə çərşənbə axşamı RF-nın Mədəniyyət Nazirliyi yanvarın 25-də yayımlanacaq "Stalinin ölümü" filminin icarə lisenziyasını ləğv edib. 
"Stalinin ölümü", britaniyalı rejissor Armando Iannucci tərəfindən cəkilmişdir. Film1953-cü ildə Stalinin ölümündən sonra Sovet partiya elitasının üzvləri arasında hakimiyyət uğrunda mübarizəsi haqqında satirik komediyadır.
Rusiyanın bir sıra tanınmiş ictimai və mədəniyyət xadimləri, mədəniyyət naziri Vladimir Medinskiyə filmin yayılma lisenziyasını dayandırmaq istəyi ilə müraciət edərək, filmin Rusiya qanunverıciliyinə uyğun olaraq daha dəqiq təhlil olunmasını xahiş ediblər.
"Stalinin ölümü" filminin rejissoru Armando Iannucci isə con nəticədə filmin ekranlara çıxacağına ümid etdiyini bildirir. "Guardian" qəzetinin müxbiri rejissoun sözlərini misal gətirərək yazır: "Rus mətbuatı da daxil olmaqla, hal-hazırda filmi göstərdiyim ruslar xoşları gəldiklərini və filmdə iki şeyi qiymətləndirdiklərini izah edirlər: bu gülməlidirdir, amma gerçəkdir", -.
Xatırladaq ki, film Fabiyen Nuri və Tiyerri Robin tərəfindən yazılmış roman əsasında çəkilmişdir. Əsas rolları Stiv Buşemi, Saymon Rassell Bil, Rupert Frend və Olga Kurilenko oynayırlar. /Dövran Media/