05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniyada tapılan ağır kirpi pəhriz saxlayacaq

01.07.2018

Böyük Britaniyada heyvanların xilasetmə mərkəzi mütəxəssislərin fikrincə ən ağır hesab oluna biləcək kirpini tapıb.

"Dövran Media" xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, keçən payız yerli sakinlərdən biri onun yanına gələn kirpini yemləyib. Arbakl adlı kirpi bir müddət sonra artıq çəkidən hərəkət etməkdə çətinlik çəkməyə başlayıb və daha yumurlana bilməyib.
Xilasetmə mərkəzində bildiriblər ki, heyvanın təbiətdə pəhrizsiz sağ qalma ehtimalı yoxdur: "Arbaklın çəkisi 2,5 kiloqramdır, bu da indiki zamanda orta kirpinin çəkisindən 4 dəfə artıqdı".
Mütəxəssislər kirpinin yeminin miqdarını azaltmağı və Arbaklı fiziki fəallığa motivasiya etməkdən ötrü yemi səpələməyi planlaşdırırlar.