05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ballı qarışqalar - MARAQLI FAKT

29.06.2018

Bizim yaşadığımız planetdə çoxlu sayda müxtəlif cür həşaratlar var ki, öz hərəkətləri və görünüşləri ilə adamı təəccübləndirir. Onlardan biri olan qarışqalar da ən mühüm yerlərdən birini tutur. Bizim adətən meşələrdə rast gəldiyimiz deyil, bu, Afrika, Cənubi Amerika və Avstraliya səhralarındakı bal  qarışqalarıdır. İlk baxışdan inanmaq olmur, elə bil ki , bu bir zərgərin kəhrəbadan işlənmiş təfəkkürünün məhsuludur. Quru iqlimdə yaşayan qarışqalar üçün yem tapmaq çox çətindir. Lakin ana təbiət bu çətinliyi aradan qaldırmaq üçün səhra qarışqalarına canlı köməkci verıb, hansı ki, onların öz qarınlarına şirin karbohidratlar şəklində yığılır. Çətin vaxtlarda qarışqalara yem çatmayanda bu "bal küpləri” köməyə gəlir. Belə ki, bu işlək qarışqalar həm də digərləri üçün də qida mənbəyi olur. Bir qarışqa ailəsində 1500
bal qarışqası olur. Hansılar ki, bal qarışqalarıdır, onlar yeraltı yuvaların yuxarı hissəsində hərəkətsiz asılı qalır, digərləri isə onlara qida gətirir. Beləliklə, onların qarınları tədricən bal ilə dolur. Həta biri üzüm giləsi boyda ola bilir. Lakin ağırlığa tab gətirməyənlər də olur ki, onlar da yerə düşərək qarınları partlayır, oradakı bal
dağılır. Bir növ qarışqalar digərlərini aclıqdan xilas etmək ücün özlərini qurban verirlər.