05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Portuqaliyaya qol vuran azərbaycanlı - VİDEO

29.06.2018

Ərdəbilli və türk olmağımla fəxr edirəm.

"Dövran Media" xəbər verir ki, bu sözləri İran millisinin azərbaycanlı futbolçusu Kərim Ənsarifərd İran televiziyasına danışarkən deyib.

"Mən ərdəbilliyəm və bununla həmişə fəxr etmişəm. Oturub-durduğum hər yerdə türk olduğumu, Ərdəbil uşağı olduğumu vurğulamışam”, - o bildirib.

Qeyd edək ki, azərbaycanlılar arasında "Kərim Savalan” və ya "Kərim Türkoğlu” kimi tanınan Kərim Ənsarifərd hazırda Yunanıstanın ”Olimpiakos” klubunda oynayır. Son günlər Türkiyənin "Fənərbaxça” klubunun onu öz heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər yayılıb.

Kərim Ənsarifərd DÇ-nin qrup mərhələsində Portuqaliya millisinin qapısına qol vurmuşdu.