05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maradona xəstəxanalıq oldu - FOTO

27.06.2018

Əfsanəvi futbolçu Maradona Dünya Çempionatının qrup mərhələsinin son oyununda Argentina-Nigeriya qarşılaşmasından sonra xəstəxanaya yerləşdirilib.

"Dövran Media" xəbər verir ki, 57 yaşlı ulduz Sankt-Peterburqdakı stadionu özü tərk edə bilməyib. Buna stenokardiyanın səbəb olduğu bildirilir.

Daha sonra jurnalist Daniel Arkuççi futbolçunun vəziyyətinin stabilləşdiyini və artıq təyyarə ilə Moskvaya uçduğunu yazıb.

Qeyd edək ki, qrup mərhələsini 4 xalla ikinci pillədə başa vuran Argentinanın pley-off-da rəqibi Fransa millisi olacaq.