05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə dincəlmək daha ucuzdur

23.06.2018

Türkiyənin ən gözəl şəhərlərindən sayılan Samsun və Trabzonda dincəlmək indi daha asan və ucuzdu.

"Dövran Media" xəbər verir ki, Türkiyədəki son iqtisadi durum milli valyuta olan lirənin dəyər itirməsinə səbəb olub. Bu da Azərbaycan manatı ilə Türkiyənin əksər şəhərlərində dincəlməyi daha sərfəli edib.
Belə ki, Türkiyənin Qara dəniz sahili boyu yerləşən əsrarəngiz gözəlliyə sahib Samsun və Trabzonda 1 həftəlik dincəlmək 4 nəfərlik ailə üçün cəmi 600-800 manata başa gəlir.
Hazırda Samsun və Trabzonda dənizə yaxın ev kirayələməyin bir günü cəmi 180 lirə, yəni 64 manatadır. Bir həftə ərzində təxminən 400 manat ödəməklə həm kirayələdiyiniz evdə qala, evin yaxınlığındakı dənizdə dincələ bilərsiniz.
Bundan əlavə, Samsun və Trabzon çarşı və AVM-lərlə, balıq restoranları ilə də zəngindir. Qiymətlər isə olduqca ucuz və münasib.
Yuxarıda qeyd etdiyimiz məbləğə (600-800 manat) avtomobillə gedəcəyiniz təqdirdə gediş-gəliş üçün benzin, kirayə ev, qida üçün pul daxildir.