05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orxan Pamuk Azərbaycan Yazıçılar Birliyindən danışdı - VİDEO

22.06.2018

İstanbulda yaşayan "525-ci qəzet”in əməkdaşı şair-esseist Ramil Əhməd Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukla görüşüb.

Bir saatdan artıq çəkən bu görüş Orxan Pamukun evində baş tutub. Ramil Əhməd Orxan Pamukdan "525-ci qəzet”ə özəl olaraq müsahibə alıb. Bu müsahibədə Pamuk ilk dəfə həm Bakı haqqında, həm hazırda yazdığı "Vəba gecələri” romanı, həm də avqust ayında nəşr olunacaq yeni kitabı barəsində danışıb.
Müsahibədə Orxan Pamuk 2004-cü ildə Bakıda keçirdiyi günlərdən, Yazıçılar Birliyindən, yaxın günlərdə yayımlanan Orxan Pamuk külliyatından, İstanbulun sürətli dəyişimindən, "Məsumiyət Muzeyi”ndə görülən yeni işlərdən, bu yaxınlarda qayıtdığı İran səfərindən və digər mövzulardan söhbət açıb.