05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Siçanlar 1 miliyonu YEDİ - ŞOK Hadisə

22.06.2018

"Dövran Media” Segodnya.uaya istinadən xəbər verir ki, Hindisdanda bankomatlardan biri siçanların hücumuna məruz qalıb. 
Bu barədə India Today məlumat verir. Hadisə Assam ştatının Tinsukiya şəhərində baş verib. Yerli mətbuatın verdiyi məlumata görə, bankomat Hindistanın dövlət bankına məxsus olub. Bir neçə vaxtdan sonra əməkdaşlar onu içərisini yoxlamaq üçün açmaq qərarına gəliblər. Məlum olub ki, külli miqdarda pul siçanlar tərəfindən məhv edilib. Bankomatda cəmi 2 milyon 948 min rupi olub. Gəmiricilər 1 miliyon 238 min rupi kağız pulları yeyiblər. Aparatda əsasən 500 və 2000 nomınallıq küpürlər olub. Şəkillərdən göründüyü kimi siçanlar pulları xırdalığına kimi doğrayıblar.