04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ fləş-kart ölçüsündə kompüter təqdim edib

22.01.2018


ABŞ-ın "Q-Stick” şirkəti adi fləş-kart ölçüsündə kompüter hazırlayıb. Mini-qadcet yeddi saniyə ərzində "Windows”, "Android” və ya "Linux” əməliyyat sistemini işə salaraq, istənilən televizoru fərdi kompüterə çevirməyə imkan verir.

"rambler.ru” saytı  xəbər verir ki, qurğu "Intel HD” qrafikasını, həmçinin 4K yayımını dəstəkləyir. Bundan başqa, kompüter 8 Gb əməli yaddaş, Bluetooth 4.1, Wi-Fi, bir neçə USB-konnektor və yaddaş kartı konnektoru ilə təchiz edilib.

Göy və qırmızı rənglərdə əlçatan olan "Q-Stick” kompüterini "Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından əldə etmək olar. Qurğunun baza versiyasının qiyməti 129 dollardır. "Blaze Pro” isə alıcılara 179 dollara başa gələcək.