Erməni hərbçi öldü, 3-ü yaralandı 
    
                          
     
                         06.08.2020
 
    
                        					Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 Bu gün səhər saatlarında Gümrü-Spitak yolunda hərəkət edən BMV markalı avtomobil yoldan çıxaraq, təxminən 100 metrə yaxın uçduqdan sonra yerə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri yerindəcə ölüb. Digər 3 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Ölən və yaralananlar hərbçilərdir.