05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Mavi balina” oyununun qurucusu HƏBS EDİLDİ

21.06.2018

Rusiyada 2015-ci ildə çıxan və bütün dünyada 130-dan çox insanın ölümünə səbəb olan oyunun qurucuları ilə əlbir olan bir nəfər də həbs edilib.
"Dövran Media" "Haber Türk” agentliyinə istinadən xəbər verir ki, Nikita Nearonov adlı bu rusiyalı gənc 10 uşağın intihar hadisəsində şübhəli bilinir.
Onun daha 40 nəfərlik bir qrup ilə də oyun ilə bağlı yazışmalar apardığı məlum olub.
Polis onun çox ağıllı olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini qeyd edib.
Nearonov öz qurbanlarını klassik qaydada "Whatsapp” və "Facebook” ilə yox, Rusiyada geniş istifadə edilən "VK” və "telegram vasitəsi ilə seçirmiş.
Xatırladaq ki, 2015-ci ildə Rusiyada psixologiya oxuyan bir tələbə Filip Boedik tərəfindən yaradılıb. Bu şəxsə 16 uşağın intihar etməsinə səbəb olduğu üçün 3 il həbs cəzası verilib. Bundan sonra ölümlərin dayanmadığını görən polis işi araşdıraraq oyunun yaradıcılarından daha bir nəfəri İlya Sidorovu həbs edib.
Qeyd edək ki, "Blue Whale” (Mavi Balina) adlanan bu oyun 50 gün çəkir. Bu günlər ərzində istifadəçi müxtəlif tapşırıqları yerinə yetirməlidir. Bu tapşırıqların sonuncusu isə intihar etmək tapşırığı olur.