04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb

22.01.2018

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edəcəyini vurğulayırlar.

Rusiyanın "Aktualnıye novosti” saytı  xəbər verir ki, yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələrlə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğundan xəbər verir.

"WaterAid”in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 milyon sakini təmiz su çatışmamazlığından əziyyət çəkir. Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tətbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı kömək göstərəcək.