05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur reperi güllələdilər

19.06.2018

Əsl ad və soyadı Caysey Dueynq Onfroy olan 20 yaşlı amerikalı reper XXXTentacion ABŞ-ın Florida ştatındakı Mayami şəhərində qətlə yetirilib.
"Dövran Media" xarici mətbuata istinadən bildirir ki, reperin cəsədi onun "Dodge Journey" avtomobilinin sükanı arxasında, "Riva Motosports" avtosalonunun qarşısında idi. Polisdən verilən məlumata görə, Onfroy silahlı qarət qurbanı olub. Reperə iki qaradərili cinayətkar hücum ediblər. Onlardan biri, üzündə qırmızı maska olan quldur reperə 4 dəfə atəş açıb. Quldurlar onun maşınından "Louis Vuitton" çantasını götürəndən sonra aradan çıxıblar.
XXXTentacion ABŞ rep-musiqisinin yeni nəslinin ən populyar və qalmaqallı nümayəndələrindən biri idi. O, ilk mahnısı olan "News/Flock"u 2013-cü ildə yaymışdı.
2016-cı ildə o, qarətldə və hamilə sevgilisini döyməkdə suçlanaraq iki dəfə həbs olunmuşdu.
Ötən ilin avqustunda "Bad Vibes Forever" leybli reperin debüt studiya albomu olan "17"ni satışa çıxard. Albom "Billboard"ın hit-paradında dərhal 2-ci yeri tutdu.
Yarım il sonra reperin "?" adlı albomu satışa çıxdı. Həmin albomda "SAD!" və "Changes" kimi hitlər vardı.
"SAD!" mahnısına XXXTentacion-ın YouTube kanalındha 180 milyondan artıq baxış var.