05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Audi” şirkətinin rəhbəri HƏBS EDİLDİ

18.06.2018

Almaniyada dizel qalmaqalı ilə əlaqədar  "Audi” avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu haqda "Süddautsche Zeitung” məlumat yayıb.
Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu "dələduzluq” maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.
"Dizelqeyt” qalmaqalı 2015-ci ilin sonlarında ABŞ-da meydana gəlib. VW konserninə aid dizel mühərrikli avtomobillərdə ətraf-mühiti çirkləndirən qazlarla bağlı texniki baxış nəticələrini saxtalaşdırmağa imkan verən proqram təminatı aşkarlanıb.
Araşdırma dünyanın bir çox ölkələrində aprarılıb və şirkət 4,3 milyard dollar cərimə ödəməyə razılaşıb. Şirkətin ümumi itkiləri isə 25 milyard avro təşkil edir. Sonradan dələduzluq sxemində digər alman maşın istehsalçılarının da əlinin olduğu müəyyən edilib.