05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident seçkiləri başladı - Türkiyənin səfirliyindən FOTOSESSİYA

17.06.2018

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.
"Dövran Media" xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.
Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".
E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə bu səsvermə prosesi 19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir. Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək./apa/