29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün dünya çempionatı BAŞLAYIR

14.06.2018

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək.
"Dövran Media" xəbər verir ki, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.
Oyundan əvvəl ilə mundialın rəsmi açılışı olacaq.
A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə”sini korlamalı olacaqlar.
Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.
DÇ-2018
I tur
A qrupu
19:00. Rusiya – Səudiyyə Ərəbistanı
Baş hakim: Nestor Pitana (Braziliya)
Rusiya, Moskva. "Lujniki” stadionu