29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Arzu Əliyevadan Cümhuriyyət təşəbbüsü: FİLM + VİDEO

23.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş, şərti adı "Son iclas” olan sənədli filmin treyleri təqdim olunub.
"Dövran Media" xəbər verir ki, filmin ssenarisi Cümhuriyyət parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasının stenoqramı əsasında hazırlanıb. Sənədli film Arzu Əliyevanın baş prodüserliyi ilə çəkilib.
Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq. Filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək. Daha sonra isə 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq.
Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.