29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölüm riskini azaldan məhsullar

23.05.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, Ingilis və cinli alimlərin araşdırmalarına ğörə ən azı gündə bir yumurta yemək ürək-damar xəstəliklərinin riskini azaldır. Bu haqda ScienceDaily xəbər verib. Tədqiqatlarda 30 yaşından 79 yaşına qədər 416 min Cin vətəndaşı iştirak edib. Dörd il ərzində həkimlərin nəzarəti ilə könüllülər yumurtanı necə tez-tez yediklərini bildiriblər. Doqquz il gözləmə müddətində həkimlər 83 977 ürək-damar xəstəliyini qeydə alıblar ki, bunun da 9985 nəfəri ölümlə nəticələnib. Araşdırmalar onu da göstərib ki, həftədə ən azı beş yumurta yeyənlərin hemorragik insultdan 28%, ürək-damar xəstəliklərindən isə 18% -i həftədə ən coxu iki dəfə yumurta yeyənlərə nisbətən ölmə ehtimalı minimum olub. Bundan əlavə, yumurta sevənlərin işemik ürək xəstəliyindən əziyyət çəkmə ehtimalı da azdır. Əvvəllər amerikalı alimlər müəyyən ediblər ki, həftədə ən azı iki dəfə balıq yemək
infarkt və ya digər ürək və damar xəstəliklərindən erkən ölüm şansını əhəmiyyətli dərəcədə azaldır.