16 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bu zürafədən bir dənə qalmışdı... - FOTO

11.03.2020

Keniyanın Qarissa dairəsində qoruqda brakonyerlər dünyanın ən nadir canlılarından sayılan dişi ağ zürafəni və onun balasını öldürüblər. Bu barədə "The Daily Telegraph” xəbər yayıb.
Bundan sonra qoruqda yalnız ağ rəngli erkək ağ zürafə qalıb.
Qoruğun rəhbəri Məhəmməd Əhmədnur baş verən hadisəni faciə adlandırıb.
"Ovçular dünyada sonuncu dişi ağ zürafəni öldürdülər”, - deyə o, təəssüflə bildirib.
Qeyd edilir ki, dişi ağ zürafə 2017-ci ildə qoruğa gətirilib və ümumi marağa səbəb olub. Sonradan zürafə iki dəfə balalayıb. Bu heyvanların qeyri-adi rəngi albinizmlə deyil, leykizmlə (heyvanların dərisində piqmentasiyanın qismən itməsinə səbəb olan mutasiya) ilə əlaqədardır.