06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

40 il gülməyən QADIN

21.05.2018

"Dövran Media” Ramblerə istinadən xəbər verır ki, hələ cavanlıqdan Tess Kristian üzündə əmələ gələ biləcək qırışlardan qorxduğu ücün emosiyalarını cilovlamaq və gülməmək qərarına gəlib. Qız öz gülüşünə nəzarət etməyi öyrənib, hətta şən və sevincli vaxtlarında da o təmkinini qoruya bilib. Bu ğün Tessin 53 yaşı var və onun üzündə bir dənə də olsun qırış yoxdur. Kristian iddia edir ki, o nə bir plastik cərrahiyyə əməliyatından kecib, nə də botoks vurdurub. Ramblerin verdiyi xəbərə görə, bu üsulun qəribəliyinə baxmayaraq, bəzi kosmetologiya ekspertləri bunun effektli olduğunu təsdiq edirlər. Əlbəttə ki, gülməkdən özünü saxlamaq cətindir. Ancaq nəzərə alsaq ki, Tess Kristian rahiblərın həddən artıq öz hisslərini biruzə
verməyi və bərkdən gülməyi qəbul etmədikləri cox ciddi katolik məktəbində təhsil alıb, demək, bu, onun ücün elə də zəhmət tələb etməyib. Bu qeyri-adi üsula psixoloqlar tənqidlə yanaşırlar. Belə ki, müsbət emosiyaların təzahürünün olmaması insanın psixi sağlamlığına mənfi təsir göstərə bilər. Onlar bildiriblər ki, təbəssümsüz xoşbəxtlik hormonu azad ola bilmir.