06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şairlər Günü QEYD EDİLƏCƏK

19.05.2018

Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq
"Dövran Media"nın məlumatına görə, tədbir Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə may-iyun aylarında keçiriləcək.
Şairlər Günü çərçivəsində mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsini anılacaq, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam edəcək.
Mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun, iyunun 6-da Bakıda – Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin xatirəsinə həsr olunacaq.
Layihənin rəhbəri, şair Xəyal Rza bildirib ki, Şairlər Günü poeziyaya və milli şeirimizin sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür. Tədbirdə Türkiyədən dəvət olunmuş tanınmış şairlər, ədəbiyyat və sənət adamları iştirak edəcəklər. Bölgələrdə təşkil ediləcək tədbirlərdə Azərbaycan şairləri ilə yanaşı türk dünyasından – Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan şairlərin də xatirələri anılacaq.
Azərbaycan oxucuları üçün Türkiyədən gətiriləcək 15 min kitab da tədbirlər çərçivəsində bölgə kitabxanalarına hədiyyə ediləcək.