06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göbələklərlə bağlı yeni ÖLÜM TƏHLÜKƏSİ

18.05.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, alimlər tezliklə sağalmaz epidemiyanın olacağını proqnozlaşdırırlar. Ekspertlərin tapıntılarına görə, göbələk tezliklə antibiotiklərə davamlı super bakteriyalar növünə çevrilə və tibbdə, kənd təssərrüfatında tez-tez istifadə olunan göbələk əleyhinə dərmanlara qarşı küt ola bilər. Xüsusilə, bu, dərmanların fungal stomatit, epidermofitik ayaq, dermatofitoz
və onikomikozun müalicəsi üçün müntəzəm istifadəsində özünü göstərə bilər. Eyni zamanda, elm adamları bu təhlükənin lazımınca qiymətləndirilmədiyini və tezliklə özünü göstərəcəyini bildirirlər. Onların sözlərinə görə, dərmanlar yalnız zəif göbələk kultlarını məhv edir, güclülər isə antifungal dərmanlara tabe olmadıqları üçün sağ qalır və artırlar. Bu baxımdan, ekspertlər bu təhlükəyə qarşı tab gətirə biləcək vasitələrin yenidən hazırlanmasına cağırırlar. Tədqiqatçılar həmçinin göbələk infeksiyalarının süd vəzi xərçəngi və malyariyadan daha çox insanın həyatının məhvinə səbəb olduğunu iddia edirlər. Bundan əlavə, onların məlumatlarına görə, göbələklərin yaratdığı xəstəliklərin ölüm halları vərəm və QİDS-in ölüm halları ilə müqayisə edilə bilər. Müalicə olunmayan göbələk tezliklə bitki, heyvan və insanları məhv edən epidemiyaya səbəb ola bilər. London İmperatorluq Kolleci və Ekseter Universitetinin alimlərinin birgə araşdırmalarının bu nəticələri Science elmi jurnalında dərc edimişdir.