06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Cavad xan" balet olur - Premyera

18.05.2018

İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcəkdir.
"Dövran Media" xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuşdur. Balet XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli  işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.
Yeni tamaşanın quruluşçu baletmeysteri Xalq artisti, prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatlarının sahibi Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov,  quruluşçu rəssamı isə Xalq rəssamı Rafiz İsmayılovdur.
Tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), Əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (çar Aleksandr I) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcəklər.