06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ulusoya dörd il iki ay həbs cəzası - VİDEO

17.05.2018

Məşhur türkiyəli aktyor Çağatay Ulusoya beş ildən sonra narkotik ticarəti ilə məşğul olması səbəbilə 4 il 2 ay həbs cəzası verilib.
"Dövran Media" xəbər verir ki, cəza dəqiqləşərsə, Ulusoy 1 il 9 ay həbsdə qalacaq.
Aktyor haqqında verilən həbs cəzası Beynəlxaq dijital TV platforması "Netflix”də yayımlanan ilk türk serialı – "Muhafız”ın çəkilişlərində problem yaradıb.
Belə ki, serialın baş rolunu oynayan Çağatayın yerinə başqası keçə bilər.
Mövzu ilə əlaqədar "Netflix” və Çağatay Ulusoydan heç bir açıqlama gəlməyib.
Qeyd edək ki, Çağatay 2013-cü ildə narkotikdən istifadə etdiyini etiraf etmişdi.
"Bizim sahədə çoxları narkotikdən istifadə edir. Həmin dönəmlərdə "Emirin yolu” serialında oynayırdım. Psixoloji olaraq sıxıntılarım var idi. Daha çox istifadə etməyə başladım. Ancaq heç kimə narkotik vermədim”, – deyə aktyor bildirmişdi.
Onu da bildirək ki, Ulusoyla yanaşı, aktrisa Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergün Taş, müğənni Cenk Eren, DJ Nuri Kösem, Ayşe Selin Boronkayın da aralarında yer aldığı 34 nəfər mühakimə olunub.