06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur serialın yayımı DAYANDIRILIR

16.05.2018

"Fox” telekanalı çoxlarının sevimlisi və maraqla izlənən məşhur "Gizli materiallar” serialının 12-ci sezonunu çəkməyəcək.
"Dövran Media" "Fox” telekanalına istinadən xəbər verir ki, serialın sonlandırılmasının səbəblərindən biri qadın baş rol ifaçısı Cillian Andersonun daha serialda çəkilmək istəməməsi olub.
 Bu hadisə serialın tamamilə sonlandırılması deməkdir.
Əsas səbəb kimi isə tele-serialın  reytinqlərinin daha da aşağı düşməsi hesab edilir. Belə ki, son 11-ci sezonun reytinqlərinin açıqlanmasından sonra təşkilatçılar bu serialı sonlandırmaq qərarına gəliblər.
"Fox” kanalının 2018-2019-cu illər üçün planlarında bu layihə yer almayıb.
Qeyd edək ki, Kris Karter tərəfindən yaradılmış bu serial ilk dəfə 1993-cü ildə işıq üzü görməyə başladı. Baş rollarda Devid Duxov və Cillian Andersonun çəkilməsi isə serialı müxtəlif mükafatlara layiq etdi. Ümumiyyətlə ekranlara çıxdığı andan dərhal müxtəlif nüfuzlu film mükafatlarında, xüsusilə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.