28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ" "Siqma"ya məğlub oldu

25.01.2020

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ” klubu bu gün 3-cü yoxlama oyununu keçirib.
AAzərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.
Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən "Qarabağ” "Akademika Kilinçeni” (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, "Jetısu”ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu "Visla” (Plotsk) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
25 yanvar
12:30. "Qarabağ” – "Siqma” (Çexiya) - 1:3
Musa Qurbanlı, 59