03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pizzaya tüpürən kuryerə 18 il həbs cəzası

23.01.2020

Türkiyənin Əskişəhər şəhərində sifariş apardığı pizzaya tüpürən kuryer Burak S.-ə ağır cəza tələb olunub.
Xəbər verildiyi kimi, kuryer 2 ayrı cinayətə görə 18 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
O, "istifadə ediləcək hər növ qida maddələrinə zəhər qataraq və ya başqa üsullarla keyfiyyətinə zərər vuraraq insanların həyatına və sağlamlığına təhlükə yaratmaq” və "məhsula zərər vurmaqda” ittiham edilir.
Qeyd edək ki, Burak S. 24 dekabr 2017-ci ildə sifariş olaraq apardığı pizzanı binanın içərisində açaraq üzərinə tüpürüb və olayı telefonunun kamerası ilə görüntüləyib. Hadisəni təhlükəsizlik kamerasından izləyən bir nəfər pizzanı sifariş verən şəxsə bildirdikdən sonra polisə müraciət olunub.
İttiham edilən şəxs daha əvvəl məhkəmənin qərarı ilə 4 min TL cərimə ödəyib.