06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Opera ulduzunun daha bir UĞURU + VİDEO

14.05.2018

"Dövran Media" xəbər verir ki, respublikanın əməkdar artisti İlham Nəzərov "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Xatırladaq ki, İlham Nəzərov bir müddət əvvəl Rusiyada keçirilən "Böyük Opera" layihəsində möhtəşəm ifası ilə münsüfləri heyrətə gətirmişdi. İlham Nəzərov Azərbaycanda nadir səs tembrinə malik vokalçı hesab olunur. Bundan bir neçə il öncə isə Türkiyənin məşhur "O səs Türkiyə" mahnı müsabiqəsində münsüflərin dördünü də təəccübləndirərək ona tərəf döndərməyi bacarmışdı. Milanda təhsil almış milli sənətçimiz həm də pedoqoji fəaliyyətlə məşğuldur.
Biz də "DEVRAN MEDİA" olaraq sənətçinin uğurularına sevinir, ona yeni-yeni nəaliyyətlər arzulayırıq.