06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yosunlardan hazırlanacaq 30 növ MƏHSUL

11.05.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, Rusiyanın uzaq şərq regionunun ən iri ali məktəblərindən biri olan Kamcatka Dövlət Texniki Universitetinin mütəxəssisləri dəniz yosunlarından hazırlanmış 30 növ məhsul təqdim edib. Regionun hakimiyyət dairələrinin məlumatında bildirilir ki, alimlər Baykalın sahillərində yosunların təhlükəli artımını qeyd ediblər. Bununla əlaqədar yosunlardan ilkin nəticə olaraq iri üyüdülmüş un, mikro kirşan, gel, qida məhsulları ( çörək, makaron və qənnadı məmulatları, çipsi, sublimasiya edilən şorbalar, şirələr və kokteyllər), dərman vasitələri və kosmetik mallar emal edilə bilər. Kamçatka hakimiyyəti yarımadanın sahillərinə cəmləşmiş boyük təbii ehtiyatları
nəzərə alaraq universitet nümayəndələrinin bu yeniliyini dəstəkləyir. İnsanların daha çox düzgün qidalanmaları haqqında fikirləşdiyini nəzərə alsaq, düşünürəm ki, bu layihənin gələcəyi var. Üstəlik, istehsal üçün əsası Kamcatka təbiəti bəxş edir - deyə, bölğənin birinci vitse-qubernatoru İrina Untilova bildirib. O, alimləri Kamcatka sahibkarları ücün yosun məhsullarının geniş təqdimatını təşkil etməyə
çağırıb və qeyd edib ki, bu sənaye bir çox iş adamlarını maraqlandıra bilər və onun istehsal miqyasını genişləndirər.