27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyalı makiyaj ustasından şok - VİDEO+FOTO

18.12.2019

Hamı bilir ki, peşəkar şəkildə tətbiq olunan makiyaj dəri qüsurlarını nəinki gizlədə, həm də insanın üz xüsusiyyətlərini ciddi şəkildə dəyişdirə bilər. Ancaq heç kim təsəvvürünə gətirməz ki, xüsusi bir qrim olmadan, yalnız kosmetik vasitələrin köməyi ilə bir insanın üzünə fərqli bir irqin xüsusiyyətini verməklə görünüşünü kökündən dəyişmək olar.
Amaterasu Yeve təxəllüsü ilə işləyən yaponiyalı makiyaj ustası 20 yaşı olmasına baxmayaraq, ən yüksək səviyyəli bir peşəkardır. Yalnız makiyajdan istifadə edərək, bu qız asiyalıdan avropalıya, ispan və ya afrikalıya çevrilə bilir.
Qız YouTube kanalında sənətinin bəzi sirlərini ortaya qoyan video çarxlarını yerləşdirir. Videolardan birində o, müxtəlif millətlərin və qitələrin gənc qızlarına çevrilməni əyani şəkildə nümayiş etdirir.
"Düşünürəm ki, yer üzündəki bütün insanlar gözəldir. Ümid edirəm ki, bir gün gələcək dünyada hər kəs bir-birini sevəcək»- deyə, yapon qızı tamaşaçılara bu müraciəti ilə çəkılışınə başlayır. Sonra 4 dəqiqə ərzində məşhur tonal kremlər, göz kölgələri, tuşlar və dodaq boyalarının köməyi ilə baş verən köklü dəyişmənin əsl möcüzələrini görə bilərsiniz. Həm də yaratdığı obrazlar daha inandırıcı olması üşün Amaterasu Yeve linzalardan və pariklərdən də istifadə edir.
Üç ay ərzində bir milyondan çox izləyici bu videoya baxıb və 71 min bəyənmə toplayıb.