02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çinlilərdən qeyri-adi YENİLİK

02.05.2018

Çində şirkətlər işçilərin emosiyalarını nəzarət altına aldılar.
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Çin şirkətləri, əməkdaşların emosional vəziyyətini nəzarət etməyə imkan verən sistem hazırlamışlar. Hazırda 10 korporasiya işçilərin emosiyalarını izləmək üçün unikal sistemə keçib. Belə ki, işçilər istehsalatda daxili beyin dalğasını qeydə alan sensorlu baş geyimlərindən istifadə etdikdə, ötürücülər əməkdaşların zehni fəallığını qeyd edə bilir. Çin korporasiyaları nümayəndələrinin fikrincə, bu texnologiya işin səmərəliliyini artırmağa imkan verəcək fərdi cədvəl qurur. Əgər işçi depressiyadadırsa, ona daha çox fasilə verilir. İşçi yorulduqda isə, texnologiya həyəcan siqnalı ötürür. Grid Zhejiang Electric Power şirkətinin nümayəndələri təsdiq edirlər ki, sistem 2014-cü ildən gəlirləri 315 milyon dollara çatdırmağa imkan verib.