05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Rəhimovun kitabı qırğız dilində - FOTO

04.11.2019

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində çapdan çıxmış "Filosofiya prestupleniya i nakazaniya” ("Cinayət və cəzanın fəlsəfəsi”) kitabı qırğız dilində nəşr edilib.
Kult.az xəbər verir ki, kitab Qırğıstanın Askar Salımbekov Fondu tərəfindən çap olunub.
Qeyd edək ki, "Cinayət və cəzanın fəlsəfəsi” kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxmış və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunub.
Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.