05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Anam narkotikdən sonra "canavar"a çevrilirdi"

04.11.2019

Hollivud ulduzu Demi Murun qızı Tallula Uillis anası haqqından dəhşətli açıqlamalar verib.
Anasının bir zamanlar narkotik maddə aludəçisi olduğunu söyləyən gənc qız həmin vaxtları ürək ağrısı ilə xatırlayıb.
"Anam narkotikdən istifadə edəndə sanki "canavar"a çevrilirdi. Xatırlayıram, onun göz bəbəkləri qaçırdı, rabitəsiz cümlələr deyirdi, bizimlə çox qəddar davranırdı. Bu, çox dəhşətli idi. Həmin vaxtlar mən onunla uşaq kimi danşırdım. Sakitləşdirməyə çalışırdım" deyə, 25 yaşlı Tallula bildirib. Aktrisanın digər qızı 31 yaşlı Rumer Uills də bacısının sözlərini təsdiqləyib.
Sənətçi özü də kitabında həmin dövrlərdən bəhs edib. O, keçmiş əri Eşton Kutçerin xəyanətindən sonra narkotə qurşandığını etiraf edib.
"Övladlarım bir il boyunca mənimlə danışmadılar. Keçmiş ərim Brüs Uills də dost münasibətlərimizi saxlamağımıza baxmayaraq, həmin müddətdə mənimlə əlaqəsini kəsmişdi", - o bildirib.