13 09 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Futbolda şok QADAĞA

29.10.2019

Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan etmək istəyir.
Buna səbəb Qlazqo Universitetinin apardığı araşdırma ola bilər. 
Belə ki, tədqiqatların nəticələrinə əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdu. 
Qeyd edək ki, 2016-cı ildə ABŞ Futbol Federasiyası 10 yaşdan kiçik uşaqlara məşq və matçlarda topa başla vurmağı qadağan edib. ABŞ-da həmçinin 11 - 13 yaşlı futbolçulara da məşqlərdə topa başla toxunma sayında məhdudiyyətlər var.