02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dizüstə yeriməyin İNANILMAZ FAYDALARI

30.04.2018

"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, dizüstə gəzməyin faydaları haqda çin təbabəti insan üçün faydalı olacaq çox maraqlı məlumatlar verib. Belə ki, əksəriyyətimiz piyada gəzməyin xeyirli olduğunu bilirik, ancaq dizüstə yeriməyin nə dərəcədə faydalı olduğunu hər adam bilmir. Təəssüf ki, cox qiymətli olan daos təcrübəsi biz də elə də geniş yayılmayıb. Dizüstə yeriməyi hamıya məsləhət bilərdik, cünki onun hec bir əks təsiri yoxdur! Hətta diz oynaqları ağrıyanlar da mütəmadi dizlərini masaj edərək effektli olan Cin təcrübəsini özlərində sınaya bilərlər. Diz ağrıları oturaq həyat tərzi kecirən insanlarda daha cox olur. Dizüstə daos yerişi böyrək və qaraciyər xəstəlikləri ilə mübarizədə kömək edir. Məsələ burasındadır ki, dizlərdə daxili orqanların durğunluğunu stimullaşdıran nöqtələr var. Ona görə də Cin təbabəti bu hərəkətı bütün dərdlərin dərmanı hesab edir! Həqiqətən, bu üsul digər fiziki hərəkətlərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, məşqə hər gün cəmi 15-20 dəqiqə ayrımaqla lazım olan mümkün nəticəni əldə etmək olar! Döşəmədə bu hərəkətləri yerinə yetirərkən dizinizin altına yumuşaq örtük atın. Asta, yalnız diz qapaqlarınıza dayaq verərək hərəkət edin. Əgər siz belə yüklənmədə diz oynaqlarınızda ağrı hiss etsəniz, onda ilkin olaraq bu hərəkətləri carpayı üzərində edin, o zaman ayaq əzələləriniz bərkiyəcək və ağrilar cəkiləcək. Tapşırığı gündəlik yerinə yetirdikdə siz şişmiş ayaqlarınızın arıqladığını da hiss edəcəksininz. Təəccüblü də olsa, deyə bilərik ki, belə bir təcrübə görmə qabiliyyətinizi də yaxşılaşdıra bilər: diz vətərlərinin yerləşdiyi sahədə qaraciyər, böyrəklər və gözlərin düzgün işləməsi üçün cavabdeh olan nöqtələr var. Dizi üstə gəzməyi gözləri yumulu etməyi tövsiyə edirik, cünki effekti daha güclü olacaq!