25.04.2018




Uşaqların sevimlisi olaraq bildiyimiz yunuslar əslində vəhşi heyvanlardır. Yunusları "insanların əsil dostu" kimi qələmə versələr də onlar əhilləşdirilməyincə təhlükəlidirlər. Onlar dəniz heyvanları içərisində ən yırtıcı növə aiddirlər. İnsanları çox asan şəkildə öldürə bilərlər.

Vizual olaraq Qu quşları hər kəsin diqqətini çəkə bilir. Amma bu da bir gerçəkdir ki, bir çox insan Qu quşunun zərbəsi ilə şikəst olmuşdur. Qu quşlarının əsəbi olmasından qaynaqlanan bu hücumlar ölümcül də ola bilər. Qüvvətli qanadları onların qorunma vasitəsidir.
Kiçik və sevimli qurbağanın zəhəri düşündüyünüzdən daha təsirlidir. 2.5 sm olmasına baxmayaraq, bircə toxunuşla bədəninizdə 400 nahiyədə zəhərin yayılması deməkdir. Əgər zəhəri qana keçərsə bir dəqiqə ərzində orqanizmi məhv edir. Dərisində olan zəhər 30 min siçan və ya 150 insanı öldürməyə yetərlidir.
Şirin üzləri ilə özlərini sevdirməyi bacaran kirpilərin oxlarında zəhər var. Zəhərləri anında ölümə səbəb olan kirpilər ağaclardan və bitkilərdən aldıqları kimyəvi maddələri zəhərə döndərirlər.
Gördüyünüz bu balon balığı isə bir toxunuşda əzələ ifliçinə səbəb olur və nəfəs darlığı yaradaraq canlını məhv edir.
Şimpanzelər dişləmək, vurmaq və üzə şillə atmaqları ilə məşhurdurlar. Şimpanze zərbəsi ilə ölən və yaralanan çox sayda insan var. Xarakter olaraq aqressif olan şimpanzelər döyüşkənlikləri ilə də seçilirlər.
Lorislər, sevimliliyin altında əslində dünyadakı ən ölümcül zəhərlərdən birinə sahibdirlər. nikbinlik abidəsi olan loris, zəhərini dirsəklərində gizləyir. Burda gizlədiyi zəhəri əmib və tüpürür. Sonra isə ölümcül dişləməklə şikarlarını ovlayırlar.