Üzüm kompotu - Usta öz sirlərini açır - VİDEO
21.09.2019
Dövran Media Lent.az-a istinadən oxucularını "QADİN DUNYASİ KADİN DUNYASİ" adı ilə məşhur olan səhifənin təqdim etdiyi üzüm kompotunun necə hazırlanması ilə tanış edir.
Tərkibi:
Üzüm, şəkər tozu
Hazırlanma qaydası:
Üzümləri yuyub, dənələyirik. Sonra sterilizə olunmuş butulkalara, üzüm dənələrini və stəkanın beşdə dördü qədər şəkər tozu əlavə edirik. Üzərinə qaynayan su töküb qapağını bağlayırıq və yapışdırıcı vururuq. Sonra yanı üstə qoyub diyirlədirik ki, şəkər tozu əriyib yaxşı qarışsın. Bir gün adyala büküb saxlanılır. Daha sonra qış üçün sərin yerdə saxlamaq lazımdır.
Nuş olsun!