04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həzrət Musanın Allah Təalaya SUALLARI

01.09.2019

İmam Həsən Əsgəri (ə) buyurur: "Musa ibn İmran Allahdan soruşdu:

-Allahım, mənim Sənin elçin və
peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?

Allah:

-Mələklərim ona sarı gələcək və
onu cənnətlə müjdələyəcək.

Musa:

-Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir?

Allah:

-Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.

Musa:

-Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?

Allah:
-Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: "Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!"

Musa:

-Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?

Allah:

-Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu "Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol", deyə səsləyəcəklər.

Musa:
-Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?

Allah:

-Qiyamət günü atəş ona səslənəcək: "Sənin mənə girişin qadağandır".

Musa:

-Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm.

Musa:

-Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək.

Musa:
-Sənin razılığını əldə etmək qəsdiilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?

Allah:

-Qiyamətin qorxulu anlarında ona yardımçı olaram.

ƏTRAFLI
Samsung Galaxy Note
Musa:

-Sənin qorxundan göz yaşı axıdanın əvəzi nədir?

Allah:
-Üzünü qızmar cəhənnəm atəşindən qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda saxlayaram.

Musa:

-Səndən utanıb xəyanət etməyənin əvəzi nədir?

Allah:
-O, Qiyamət günü amanda qalacaq.

Musa:
-İtaət əhlinə qayğıkeşlik edənin əvəzi nədir?

Allah:
-Cəhənnəm odunu ona haram edərəm.

Musa:
-Mömin bəndəni bilərəkdən qətlə yetirən şəxsin cəzası nədir?

Allah:

-Qiyamət günü ona şəfqət gözü ilə baxmaz, günahlarını bağışlamaram.

Musa:

-Kafiri İslama dəvət edən şəxsin əvəzi nədir?

Allah:
-Ona istədiyi şəxsə şəfaət etmək (bağışlatmaq) ixtiyarı verərəm.

Musa:

-Namazlarını ilk vaxtda qılan şəxsin əvəzi nədir?

Allah:
-Bütün istəklərini həyata keçirər, Cənnəti ona halal edərəm.

Musa:

-Sənin razılığını əldə etmək məqsədi ilə dəstəmaz alan kimsənin əvəzi nədir?

Allah:

-Onu Qiyamət günü iki gözləri
arasından nur parlayan halda səhnəyə gətirərəm.

Musa:

-Sənin razılığını qazanmaq məqsədi ilə Ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?

Allah:

-Onu Qiyamətdə əmin-amanlıqda saxlayaram.