28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Püstənin faydaları

24.08.2019

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir.
Təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.
Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları  olan bu çərəz sinir sistemi üçün çox faydalıdır. Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.