05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo: “2003-cü ildə mənimlə 50 komanda maraqlanırdı”

09.08.2019

"Mançester Yunayted”lə yoxlama oyunumuz "Sportinq”in yeni stadionunda ilk matç idi. Mən çox motivasiyalı və xoşbəxt idim”. 
Bunu Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubun futbolçusu Kriştianu Ronaldo deyib. 
34 yaşlı portuqaliyalı hücumçu 2003-cü ildə keçirilən "Sportinq” – "Mançester Yunayted” oyununu xatırlayıb. O bildirib ki, karyerasında ən yaddaqalanı olub: "Bilirdim ki, yaxşı oynasam, tək Mançester təmsilçisinin deyil, digər komandaların da diqqət mərkəzində olacağam. Amma düzünü deyim ki, qol vurmağım o qədər də vacib deyildi. Əgər həmin matçda fərqlənsəydim, ola bilərdi ki, mənimlə 100 klub maraqlansın. Amma qol vurmadığımdan mənimlə 50-yə komanda maraqlandı. Düşünürəm ki, ən vacibi yaxşı oynayıb, komandaya kömək etməkdir. Həmin qarşılaşmada klubum qalib gəldi. Qol vurmadan da mənə maraq artdı”.
Qeyd edək ki, K. Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted”də oynayıb.