05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1917 filminin fraqmenti yayımlandı

06.08.2019

Skyfall və American Beauty filmlərinin rejissoru Sam Mendes-in yeni dram və müharibə növündəki filmi 1917 filminin fraqmenti yayımlanıb. 1917, xüsusilə Birinci Dünya Müharibəsini fərqli şəkildə göstərəcəyi üçün bütün dünyada maraqla gözlənilir.
Chip.az xəbər verir ki, Skyfall, Spectre və American Beauty filmlərindən tanıdığımız Oskar mükafatlı rejissor Sam Mendes-in rejissorluğunu etdiyi 1917 filminin fraqmenti yayımlanıb. Qeyd edək ki, fraqment Mendes-in Birinci Dünya Müharibəsinin acılarını uğurlu bir şəkildə çatdırdığını göstərir. Məlum olduğu kimi, Birinci Dünya Müharibəsi, özündən əvvəlki digər müharibələrə nisbətən daha yox edici idi.
Filmin aktyor heyətində Sherlock, Doctor Strange, The Imitation Game və digər bir çox  tanıdığımız Benedict Cumberbatch; Game of Thrones, Medici ve Bodyguard  seriallarında rol almış Richard Madden; A Single Man, The Kings Speech, Kingsman seriyası və Mamma Mia  kimi işlərdə rol almış usta aktyor Colin Firth kimi adların yanında Mark Strong, Game of Thrones-da kral Tommen Baratheon olaraq gördüyümüz Dean-Charles Chapman; Pride, Spectre və Sherlockdan tanıdığımız Andrew Scott kimi adlar yer alır.
Filmdə Birinci Dünya Müharibəsində 2 gənc İngilis əsgərinə edilməsi qeyri-mümkün bir vəzifə verilir. Zamana qarşı müsabiqələrində gənc əsgərlər, düşmən kölgələrindən keçməli və minlərlə əsgərə qarşı keçiriləcək olan təcavüzü dayandırmaq üçün bir mesajı çatdırmalıdılar.