05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur rəssam Karlos Kruz-Diez vəfat edib

29.07.2019

Optik sənət qurucularından sayılan venesuelalı rəssam Karlos Kruz-Diez 95 yaşında Fransada vəfat edib. 
Bu barədə Paris fondu onun İnstaqram səhifəsində məlumat yayıb.
Məlumatda qeyd olunub ki, kinetik rəsm sənətinin böyük qabaqcıllarından olan Karlos Kruz-Diez öz əcəli ilə vəfat edib. 
Qeyd edək ki, dünyaca məşhur rəssam Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir.
Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion ordeni” ilə təltif edilib.