05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir inəklə şirkət quran PİLOT: - Gerçək həyat HEKAYƏSİ +FOTOLAR

10.04.2018

Türkiyənin Dənizli şəhərinə aid turizm ərazisi kimi tanıdığımız Pamuqqalada, otel inşaatlarında çalışan bir türk vətəndaşının başına gələnlər, insanı heyrətə gətirməklə yanaşı həm də bir həyat dərsi verir.
Əslən Türkiyənin Van bölgəsindən olan Abdullah Arpa adlı sıravi bir vətəndaş, pilot olmaq arzusunu gerçəkləşdirmək üçün bir gün ailəsinin dolanışığı üçün aldığı inəyi satmalı olur. Nə az nə çox, 300 dollar pulla 1995-ci ildə xaricə getmək qərarı verir. Təyyarəyə minən Abdullah on iki saatlıq uçuşdan sonra Yaponiyaya çatır. O, maddi səbəblərdən orta məktəbi belə sonacan oxuya bilməyib. Ailədə 21 uşaqdan biri olan Abdullah hələ uşaqikən ayaqqabı təmizliyi, avtomobil yuyuculuğu kimi işlərdə çalışıb. Və əvvəldə də söylədiyimiz kimi Pamuqqalada otel tikintilərində fəhlə işləməyə başlayır. İnşaatda kərpiç daşımaqla pul qazanan Arpa bəy, gələn turistlərlə münasibət quraraq, onlara kart satmaqla ingilis dilini öyrənir. 1995-ci ildə Yaponiyaya ayaq açan Abdullah, getdiyi ilk gündən qalmağa yer tapmadığı üçün 12 gün parklarda gecələyir. Nəhayət bir yaponun köməyi ilə toyuq fermasında işə düzəlir. İlk əmək haqqıını da iş qarışılğında yapon vətəndaşına verir. Xatirələrini danışarkən haşiyəyə çıxan Abdullah,Yaponiyaya gələrkən cəmi 300 dollar pulu olduğunu xatırlayaraq deyir: "Təyyarədə 12 saat ərzində nə yemək yedim nə də su içdim, çünki başıma nə gələcəyini bilmirdim, ehtiyatımı saxlamalı idim” . 
Beləcə, bir müddət fermada çalışan Arpa bəy, pul toplayır və kabab bişirib satmaq üçün səyyar arabası alır. Qısa müddətdə səyyar ticarətindən oturaq ticarətə keçməyi bacarır. Üç restoran və bir bar sahibi olan qəhrəman, bir gün bütün mülklərini satıb əsil məqsədini gerçəkləşdirmək üçün Amerikanın Havay əyalətinə gəlir. Altı aylıq pilot təhsilini tamamladıqdan sonra kiçik adalara sərnişin daşımağa başlayan və bir evlad atası olan Abdullah, altı aydan sonra təkrar Yaponiyaya qayıdaraq bir neçə dostunun köməyi ilə təyyarə də alır. Dörd il öncə özünün iştirak etmədiyi bir reysdə üç sərinişin olmaqla bir pilot ortağı təyyarə qəzasında həlak olur. Bu faciədən sonra da həvəsdən düşməyən Arpa bəy, başqa bir hava limanına işə düzəlir. Boing 747-400 sərnişin təyyarəsi təhsilini də alaraq Dubay, London kimi uzaq şəhərlərə uçuşlar edir. Nəhayət uzun məşəqqətlərdən, əziyyətlərdən sonra o, Yaponiyada xəyal etdiyi şirkət qura bilir. Abdullahın şirkətində biri özünə aid olmaqla kirayə götürdüyü cəmi üç sərnişin təyyarəsi var. Bundan əlavə o, 50-dən çox tələbə pilota özəl dərs də deyir. Reys açdığı 8 hava limanında ticarət obyektləri açan Abdullah yaşadığı həyast hekayəsini belə ifadə edir: "Uşaqlığımda ayaqqabı boyadığım günləri unutmuram, hələ polisdən kötək yediyim də yadımdadır. Həyat, qarşıma hansı əngəli çıxarırsa çıxarsın, heç vaxt ruhdan düşmədim, xəyallarımı sonunda gerçəkləşdirə bildim. İnşaatlarda fəhləlik elədim, orta məktəbi də bitirə bilmədim. Amma indi bir neçə təyyarə modellərini sürmək üçün diplomlarım var və hazırda pilotlara hazırlaşdırıram” deyərək qurur hissi duyur.
Bəli əziz oxuyucular, necə deyərlər insan sümükləri üzərində deyil, məqsədləri və arzuları üzərində dayanaraq yaşamalıdır. "Dövran Media” olaraq sizə təqdim etdiyimiz bu qısa həyat hekayəsi inanırıq ki, hər biriniz üçün bir yaşam nümunəsi olacaq. 
Bəhsin etdyimiz Abdullah Arpanın fotolarını da yükləməyi unutmadıq: 
Tərcümə: Səbuhi Zaman