03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dişlərin implantasiyası

29.12.2017

"Dişlərin implantasiyası dayaq məqsədilə çənəyə və əngə yerləşdirilmiş implantlar üzərində dişlərin hazırlanmasıdır. Hər bir itirilmiş dişi və dişləri implantlarla bərpa etmək mümkündür. Əvvəlki qaydalara əsasən itirilmiş bir dişi bərpa etmək üçün iki qonşu dişi yonmaq lazım gəlirdi və bu, həmin dişlərin zədələnməsi və müəyyən müddətdən sonra itirilməsi ilə nəticələnirdi. İmplantasiya zamanı isə qonşu dişlərə toxunulmur, yalnız itirilmiş diş bərpa edilir və beləliklə yüksək estetik nəticələr əldə edilməklə yanaşı, dişin və diş ətinin təbii forması bərpa olunur”,-deyə implantoloq İlkin Qəribli məlumat verir.

"Tez-tez soruşurlar: çıxan dişin yerinə nə zaman implant qoymaq olar? Əgər hər hansı bir səbəbdən çıxarılmasına göstəriş olan dişin kökü ətrafında kəskin irinli-iltihabi proseslər yoxdursa, dişi çıxarandan dərhal sonra onun yerinə implant yerləşdirmək olar. Yalnız diş yuvasının dərinliyi implant üçün yetərli olmadıqda onu dərinləşdirir və implant bağlayırlar. Buna birbaşa implantasiya deyilir. Digər hallarda diş çıxarılandan orta hesabla 1,5 ay sonra implantasiya aparmaq olar”.

Lakin implantoloq orijinal dişə yaxın olduğuna görə xəstələrin daha çox üstünlük verdiyi implant əməliyyatından əvvəl və sonra diqqət yetirilməli bir sıra məsələlər olduğunu qeyd edir. Onun dediyinə görə, vəzifəsini yerinə yetirə bilməyən və ya əskik dişin yerinə onun funksiyasını yerinə yetirmək üçün düzəldilərək çənə sümüyünə yerləşdirilən süni diş kökü implant bir müalicə üsuludur. Lakin həkim onu da vurğulayır ki, hər hansı xroniki narahatlığı və ya hansısa dərmana qarşı allergiyası olan xəstələrdə müalicədən əvvəl müəyyən təhlillər aparılmalıdır. İmplant əməliyyatından əvvəl verilən dərmanların düzgün istifadə edilməsi də nəticənin uğurlu olmasını təyin edir. Prosesdən əvvəl laxtalanmanı gecikdirən antikoaqulyant dərmanlardan istifadə edilir.

"İmplant müalicəsindən əvvəlki və sonrakı müddətdə ağız və diş sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Əməliyyatdan sonra qanamalar, ilk 24 saat ərzində implant aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırmaq lazımdır. Əməliyyatdan sonra ağrı keçənə qədər qida və içki qəbul etməyə icazə verilmir, çünki keyləşmiş nahiyənin dişlənməsi yaraların əmələ gəlməsinə səbəb ola bilər. İçki içmək və siqaret çəkmək də bir sıra fəsadlara səbəb ola bilər. Implant tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərman və diş həkiminin məsləhət bildiyi ağrıkəsicidən istifadə etmək lazımdır. Əməliyyatdan təxminən 24 saat sonra ilıq duzlu, sodalı su ilə ağız boşluğunu yaxalamaq məsləhət görülür, onlar yaranı təmizləyərək sağalmanı sürətləndirir, ağız qoxusunu azaldaraq mikrobların yaranmasına imkan vermir”, -deyə həkim-stomatoloq fikrinə yekun vurub.